Noyabr ayında Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq



 

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

SeherXeber.org Yenisabah.az-a istinadən xəbər verir ki, noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.

Məlumata görə, 11 və 12 noyabr qeyri-iş günü elan olunacaq. Bunun da səbəbi məhz həmin gün dünyanın bir çox dövlət başçlarının Bakıda olacağıdır.

Bu böyük tədbirdə ümumilikdə  40 min iştirakçı gözlənilir. Onlardan da 4 mini media mənsubları olacaq.

Beləliklə, şənbə və bazar günü ilə birlikdə 9-10-11-12 noyabr günlərində iş olmayacaq.

Bu səbəbdən də bir çox Bakı sakinləri qısa tətilə çıxaraq, paytaxtı tərk edə biləcəklər.

Təşkilatçıların da məqsədi zatən budur - COP 29 günlərində Bakı şəhəri mümkün boşalmış olsun.

Onu da qeyd edək ki, Azərbaycanda 12 noyabr eyni zamanda Konstitusiya günüdür ki, həmin gün də ölkədə qeyri-iş günü olur.