Ukrayna ordusu üçün əsas təhdid... - Voloxov açıqladı



 

Ukrayna Müdafiə Qüvvələri üçün əsas təhdidlər hazırda işğalçılar tərəfindən işğal edilmiş mövqelərdə düşmənin mümkün möhkəmlənməsidir.

SeherXeber.org Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna ordusunun “Terra” bölməsinin komandiri Nikolay Voloxov deyib.

"Əsas təhlükələr düşmənin indi olduqları mövqelərdə möhkəmlənməsi, bu mövqelərin təkmilləşdirilməsidir. Düşmən zəif deyil", - Voloxov bildirib.

Voloxovun sözlərinə görə, Rusiya istehkam qurmağı yaxşı bilən ölkədir.