Erməni diplomat: Ermənistan tələyə düşüb



 

Ermənistan hakimiyyəti əvvəllər götürdükləri öhdəliklərə əsaslanan tələyə düşdülər və bu öhdəlikləri yerinə yetirərkən bağışlanmaz cinayətlər törətdilər. 

SeherXeber.org xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan deyib.

O, problemin Qərb proqramında iştirak müqabilində vəd edilənləri almamaları ilə izah edib. “Onlar özlərini Qərbdən asılı vəziyyətə salıblar. Hakimiyyət çirkli pulların yuyulması, korrupsiya və digər cinayətlərə qarşı həssasdır. Onlar bu asılılıqdan qurtula bilmirlər, ona görə də yalnız Qərbin onlara diktə etdiyi şeyi edə bilərlər”, - Ağacanyan qeyd edib.

Mürtəza
SeherXeber.org