İsrail daha bir Hizbullah liderini öldürüb



 

Livanda Hizbullah Hərəkatının Mərkəzi Şurasının üzvü Nabil Kauk öldürülüb.

SeherXeber.org APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Nabil Kauk İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də hədəfə yönəlik dəqiq aviazərbəsi nəticəsində öldürülüb.