190 minə yaxın rusiyalı ordu ilə müqavilə bağlayıb



 

2024-cü ildə Rusiya Federasiyasının 190 minə yaxın vətəndaşı Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.


Onun sözlərinə görə, birləşmiş qoşun qruplaşmalarına gündəlik orta hesabla min nəfər cəlb olunur.

"Müqaviləlilərin orta gündəlik göstəricisi sabit olaraq qalır və bu rəqəm bu və ya digər istiqamətdə dəyişə bilər. Bu müddət ərzində Rusiya Federasiyasının 190 minə yaxın vətəndaşı Müdafiə Nazirliyi ilə müqavilələr bağlayıb", - deyə Medvedyev bildirib.