Təhsilin fundamental problemlərini kim həll edəcək? - Dos. İlham Əhmədov 



 

"Təhsilin fundamental problemlərinin işıqlandırılması azlıq təşkil edir. Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli sürülməli və nəticə əldə eldə edilməlidir. Maarifləndirmə sahəsində düzgün çağırıışlara cavab vermək lazımdır".
Emin Əmrullayev. 2022.

Jurnalistin nazirlə "proqram əhəmiyyətli" müsahibə adlandırdığı söhbətdə nazir təhsilin fundamental problemlərindən danışır.
Bu müsahibə TN-nin ETN olmaslndan 3-4 gün sonra baş tutmuşdu.
Bu "proqram əhəmiyyətli" çıxışdan sonra təhsildə hansı inkişaf oldu görəsən?

Təhsilin fundamental problemlərini tədqiq etmək üçün fundamental tədqiqatlar aparılmalıdır. Son 30 ildə ETN təhsilə dair heç olmasa 1-2 fundamental tədqiqat sifariş edibmi?
Fundamental tədqiqat yaxşı maliyyələşmə tələb edir. Bizlərdə belə işlərə heyf ki, maliyyə ayrılmır, hər halda belə bir məlumat heç vaxt yayılmayıb.
Təhsilimizin fundamental problemlərindən biri də islahatların elmi bazasının olmamasıdır.
Təhsilə dair bizdə ümumiyyətlə tədqiqatlar aparılırmı? Bu tədqiqatların nəticələri konkret olaraq harada və nə vaxt tətbiq edilib, nə nəticələr alınıb?
Bu tədqiqatlara nə qədər maliyyə sərf edilib?
Məsələn, Rusiyada təhsil tədqiqatları ilə 40-dan çox elmi tədqiqat institutu və xeyli universitet məşğuldur. Təhsil islahatları proqramları da məhz bu tədqiqatların nəticəsində müəyyən edilir. Bu proseslərin elmi təminatı üçün aparılan tədqiqatların illik büdcəsi 480 milyon $.
Halva-halva deməklə ağız şirin olmadığı kimi, elmə, konkret işlərə, fəaliyyətə bağlı olmayan "proqram əhəmiyyətli" söhbətlərlə də təhsil islahatı olmaz.
TN 2 ildir ki, ETN olub. Amma hələ də təhsil elmlərinə, təhsil tədqiqatlarına heç bir diqqət yetirilmir. Görünür real təhsil islahatları hələ də gündəmdə deyil.
"Proqram əhəmiyyətli" müsahibədən sonrakı dövrdə nə fundamental problemlərin işıqlandırılması, nə də təhsil islahatları sahəsində yeni fikirlər oldu. Bütün ölkə təhsil adına yalnız sertifikarıaşma mövzusunda müzakirələr edir. Bunun isə təhsilin fundamental problemlərinə aidiyyatı yoxdur.

SeherXeber.org