ABŞ strateji ehtiyatlarından satdı



 

ABŞ Energetika Nazirliyi 4 iyul bayramı (Müstəqillik Günü) ərəfəsində yanacaqdoldurma məntəqələrində qiymətləri endirmək üçün strateji ehtiyatlardan 1 milyon barel benzin satıb.

SeherXeber.org xəbər verir ki, bu məlumatı nazirlik açıqlayıb.

Məlumata görə, benzin beş şirkətə satıldı: BP, George E. Warren, Vitol, Freepoint Commodities və Irving Oil. Yanacağın orta satış qiyməti qallon üçün 2,34 dollar olub.

Benzin ehtiyatlarının bazara buraxılması bayram günlərində avtomobillərin gediş-gəlişinin artdığı dövrdə bazarda yanacağın tədarükünü artıracaq.
Energetika Nazirliyi may ayında strateji ehtiyatlardan benzin satmağı planlaşdırdığını açıqlamışdı.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, bu gün ABŞ-da benzinin orta pərakəndə satış qiyməti bir qallon üçün 3,501 dollar təşkil edib.

Qeyd edək ki, respublikaçılar Bayden hakimiyyətini neft və yanacaq ehtiyatlarından siyasi məqsədlərlə istifadədə suçlayırlar.