PFL prezidentindən Böyükağa Hacıyevə - “O gəlməyib, mən də getmirəm”
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə azərbaycanlı futbol mütəxəssisi Böyükağa Hacıyev beyin şişi, infarkt və insult diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdi.
“Qafqazinfo” xəbər verir ki, ürəyindən əməliyyat olunan Hacıyevin vəziyyəti hələ də kritikdir.
Bu gün “Sumqayıt” – “Neftçi” matçını stadiondan canlı izləyən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev oyundan sonra jurnalistlərin B.Hacıyevi ziyarət edib-etməməsi ilə bağlı sualını belə cavablandırıb:
“Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stent var, onda 3 dənədir. Gəlsəydi, gedərdim. Həyatda hər şey qarşılıqlıdır”.