“Bu, çox güclü Azərbaycan yığmasıdır” - Rəqib oyunçu



 

“Azərbaycan yığmasına qarşı son oyunda iştirak etmişəm. Hesab edirəm ki, azərbaycanlılar da məni unutmayıblar”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Portuqaliya futzal yığmasının oyunçusu Fabio Sesilio bildirib. Avropa çempionatının yarımfinal mərhələsində bu gün Azərbaycan yığmasıyla qarşılaşacaq portuqallar yarımfinala çıxmağa köklənib.

Sesilio millimizə Kolumbiyada keçirilən son dünya çempionatında 3:2 hesabı ilə qalib gəldikləri matçı xatırlayıb: “İndi rəqibimiz daha yaxşı oynamağa, qalib gəlməyə çalışacaq. Ancaq öz oyunumuz haqda düşünməliyik. Yalnız onda uğur qazana bilərik. Hər iki komanda taktiki planda artırıb ki, bu da bəzi çətinliklər yaradacaq. Lazımı nəticələri çıxarmışıq”.
 
Fabio hesab edir ki, bu dəfə qarşılarına tam başqa komanda çıxacaq: “Bu, çox güclü Azərbaycan yığmasıdı. Onun heyətində 5 əcnəbi futzalçı var. Rqib oyunçularının hansı səviyyədə olduqlarını bilirik və buna diqqətimizi yönətlmişik. Onlar da bizim kimi qələbə qazanmaq haqda düşünür”.