Putin ad günündə müharibəni bitirəcək - İDDİA



 

Ukrayna Baş kəşfiyyat idarəsinin (BKİ) nümayəndəsi hesab edir ki, Kreml diktatoru uzun müddətli müharibə aparmağa köklənib.

Ukraynadakı müharibənin aktiv fazası 2022-ci ilin sonuna qədər davam edə bilər. Amma ehtimal var ki, Moskva çəhd edəcək ki, heç olmasa, hansısa qələbəyə bənzər hadisəni müəyyən tarixə həsr etsin.

SeherXeber.org xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski «FREEDOM» telekanalının efirindən iki mümkün ssenaridən danışıb:

1. 11 sentyabr - Rusiyada vahid səsvermə günüdür. Bu gün Putin Ukraynanın işğal olunmuş ərazisində psevdoreferendum keçirə bilər.

2. 7 Oktyabr - Kreml diktatorunun yubileyi - 70 yaş. Hərbçilər ona hansısa nailiyyəti hədiyyə kimi təqdim edə bilərlər.

Bundan başqa, Skibitski hesab edir ki, Putin uzunmüddətli müharibə aparmağa köklənib./AzPolitika.info