“Kurtlar Vadisi”nin ulduzu: “İlk addımı Azərbaycanda atdıq”



 

Bir zamanlar hamının heyranlıqla izlədiyi və izlənmə rekordu vuran “Kurtlar Vadisi”ndə Güllü Erhan obrazına həyat verən Erhan Ufak son işi ilə  gündəmə  çevrilib. Aktyorluqdan uzaqlaşan sənətçi yeni həyatına Azərbaycanda addımlar atmağa başlayıb.

SeherXeber.org ” xəbər verir ki, "Kurtlar Vadisi"nin "Güllü"sü aktyorluğu tərk etmədiyini bildirib. Erhan Ufak İstanbulda daşınmaz əmlak şirkəti qurub, lakin bu günlərdə vaxtının çox hissəsini Azərbaycanda keçirir.  O, Türk İncəsənət Akademiyasını qurmasını bu sözlərlə izah edir:

"Biz akademiyanı ilk olaraq Türkiyədə açacaqdıq. Ancaq pandemiya səbəbindən Türkiyədəki məhdudiyyətlərə görə ilk addımı Azərbaycanda atdıq. Burada dostlarımız var idi və düşündük ki, Azərbaycanın belə bir təşəbbüsə ehtiyacı var. İnsanların öz istedadlarını kəşf etmələrini qarşıya məqsəd qoymuşuq. Həm kamera önü, həm kamera arxası təlimləri veririk. Aktyorluq, musiqi, rejissorluq, rəssamlıq sahəmiz var. Mən də öz təcrübələrimi gənclərə çatdırmağa çalışıram”. 

311684

Onu da qeyd edək ki, Erhan Ufak artıq kilolarından xilas olmaq üçün 2017-ci ildə qol mədə əməliyyatı keçirib. O, 140 kq-dən 85-kq-yə düşüb.

Aktyorluqla heç bir əlaqəsi olmayan Ufak bu peşəyə Necati və Raci Şaşmaz qardaşlarının gətirdiyini söyləyib.

Bu barədə “Habertürk”ə danışan sənət adamı deyib ki, aktyorluğa başlamadan öncə Dalaman və Marmaris kimi istirahət bölgələrində hotel ve restoran işi ilə məşğul olub. 

Bu saədə təhsili olmadığını deyən Erhan Ufak bildirib ki, aktyorluqla bağlı heç bir düşüncəm belə olmayıb: “Necati ve Raci bəylə uşaqlıqdan bir-birimizi tanıyırıq. Ailə dostluğumuz var idi. Onlar məni komandaya daxil etdilər”.

Mürtəza
SeherXeber.org