"Cavad xan" Gəncə Dram Teatrında



 

Gəncə Dövlət Dram Teatrında "Cavad xan" tarixi dramı nümayiş olunub.

SeherXeber.org "Report"a istinadla xəbər verir ki, tamaşa Milli Teatr günü münasibətilə nümayiş etdiriib.

Yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin yazdığı “Cavad xan” tamaşasında Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə Elşad Əhmədovdur.

Tamaşa mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və digər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.