"Deyirlər ki, 4 nəfərə bir qoyunu yedik, ay qardaş, sən heyvansan?" - Əmiraslanov



 

“Peyğəmbərimiz deyir ki, yeməyi acanda yemək və süfrədən ac qalxmaq məsləhətlidir. Mədənin 1/3-qida, 1/3-ü su, 1/3-ü isə hava almalıdır”.
 
SeherXeber.org xəbər verir ki, bu sözləri Azərbaycan Kulinariyya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib. O, həddindən çox qida qəbul edən şəxsləri tənqid edib:
 
“Balaca bir tikə paxlava və bir sini paxlavanın dadı eynidir. Əgər bir ailə bir sini paxlavanı ləzzətlə yeyirsə, onlar qarınquludurlar, yeməyin qaydasını bilmirlər. Onlara öyrətmək lazımdır ki, bir tikə paxlavadan bir sini paxlavanın ləzzətini necə alsınlar. Yoxsa basıb-basıb doldurub. Adətən bu söhbətlər kişi məclisində olur. Məsələn deyirlər ki, dünən 4 nəfər oturduq, 6 şüşə araq, 4 nəfərə 1 qoyunu yedik. Ay qardaş, sən heyvansan? Evə gəldikdən sonrasını danışmırlar. Başı necə hərləndi yerə dəydi, necə qaytardı bunları danışmırlar. Bu, əskiklikdir”.
 
Fidan