500 illik Dəva Hamamı talan edilib
SeherXeber.org xəbər verir ki, Diyarbəkirdəki tarixi hamamlar xəzinə ovçuları tərəfindən talan edilib.
Xəbərə görə, Diyarbəkir və ətrafdakı siyahıya alınan 30 tarixi hamamdan 16-sı dağıdılıb, qalanlarının çoxu isə xarabalığa çevrilib.
Diyarbəkirdə 500 kvadratmetr sahəyə malik ən böyük hamam olan Dəva hamamı da xəzinə ovçuları tərəfindən dağıdılıb. Sur rayonunda 16-cı əsrdə tikilmiş, səkkizguşəli günbəzli və pəncərələri olan türk hamamının bərpası tələb olunub.
Övliya Çələbinin səyahət kitabında öydüyü tarixi hamamın sahibi Cuma Akgün hamam günbəzinin pəncərələrinin səkkizguşəli memarlıq ilə hazırlandığını deyib: “Biz 27 il əvvələ qədər şəhər əhalisinin ziyarət etdiyi mədəni irs olan Dəva hamamını bərpa etmək istəyirik. Təxminən bir il əvvəl hamamda qazılan yerləri bağlamışdıq. Hamamdan tonlarla zibil çıxarılıb.
Nigar