Məmməd Ağayev Moskva teatrından getdi



 

Məmməd Ağayev Moskva Akademik Satira Teatrının direktoru vəzifəsini tərk edib.

SeherXeber.org" xəbər verir ki, bu barədə teatrın bədii rəhbəri Sergey Qazarov məlumat verib. Ağayev 1985-ci ildən teatrda baş idarəçi, rejissor köməkçisi, direktor müavini, idarəedici direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından isə Moskva Akademik Satira Teatrının direktoru olub.

Onun yerinə kimin təyin ediləcəyi hələ ki bəlli deyil.