Əbədiləşən qəhrəman ömrü



 

Vətənini öz canından artıq sevən, İkinci Qarabağ müharibəsində onun yolunda şəhid olan Rasim Yadigar oğlu Rufullayev Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdı. İlahi sevginin gücü ona 23 yaşında gələcək nəsillərə örnək olacaq bir tarix yazdırdı. Rasim öz xalqına torpağı Vətən edən, özünü qurban verməklə onu müqəddəs edən oğul oldu. O, həm milyonlarla insanın yaddaşında qoyduğu şərəfli adla doğma Yardımlıya şöhrət oldu. bu dağlar yurdu bir igidin hünəri hesabına bütün Azərbaycanda qəhrəmanlar məskəninə, qorxmaz oğullar diyarına döndü.

Arzusu, amalı xalqına ləyaqətli xidmət edib Azərbaycana əsl oğul kimi Tanrının verdiyi ömür payını yaşamaq olan Rasim 2015-ci ildə ordu sıralarına yollanır. Vətənə, dövlətə sədaqəti ilk gündən bilinir, cəsurluğu, mərdliyi ona ehtiram gətirir. Rasim əsgərliyini üzüağ başa vurur. Düşmən tapdağında olan Vətən torpaqların azadlığı naminə həyatını hərbiyə bağlayır. Tez Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində Vətəni canı, qanı bahasına qorumağı, yaşatmağı bacaran qəhrəman oğullar cərgəsində layiqli yer alır.

Şəhidliyi Vətən sevgisindən başlanan Rasim İkinci Qarabağ müharibəsinin birinci günü ən qaynar nöqtələrdə döyüşə girir. Ölüm-dirim savaşlarda erməni faşistlərinə vurduğu sarsıdıcı zərbələr Vətən torpaqlarına azadlıq gətirir. Düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını, silah-sursat anbarlarını məhv edir, onlarla yaralı əsgəri, zabiti müharibə meydanından çıxarır . Qəhrəman əsgər xüsusi rəşadət göstərməklə Şuşaya qədər şərəfli bir döyüş yolu keçir erməni quldurlardan arzuladığı qisasını tam ala bilir. Noyabrın 7- şəhidlik zirvəsinə ucaldığı sonuncu döyüşdə ölümcül yaralansa da düşmənə əyilmir, son nəfəsinə qədər mübarizə aparır. “Şərəf duyuram ki, artıq müqəddəs, əzəli yurd yerimiz Qarabağ azaddırdeyim ömrünü Vətəninə verir.

Yardımlı camaatı Rasimin adını hər yerdə, həmişə əziz tutur. Çünki o, Vətən, torpaq uğrunda şəhid oldu. Dövlət Rasimin müharibədə göstərdiyi qəhrəmanlığını yüksək tutmaqla onuVətən uğrunda” “Laçının azad olnmasına görəmedallara layiq gördü.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü