Mikroavtobus yük maşını ilə toqquşub - 2 ölü, 7 yaralı



 

Rusiyada ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Yakutiyada qeydə alınıb. Hadisə zamanı Volvo yük maşını Toyota Hiace markalı mikroavtobusla toqquşub. Mikroavtobusda olan 2 nəfər həlak olub. Daha 7 nəfər isə xəsarət alıb. Onlardan biri uşaqdır.

Yaralılar xəsatəxanaya yerləşdirilib.