Sürücü piyadanı vurub, hadisə yerindən qaçdı



 

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Zabrat qəsəbəsində baş verib. Bakı sakini 40 yaşlı Zərbəliyev Bəhruz Mayıl oğlunu vuran sürücü hadisə yerindən uzaqlaşıb. Piyada təcili yardım xidməti tərəfindən №3 xəstəxanada reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.