Maşın dayanacağa girib - 1 ölü, 4 yaralı



 

Rusiyanın paytaxtı Moskvada minik avtomobili qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata əsasən, Sülh prospektində minik avtomobili sərnişin dayanacağına girib. Qəza nəticəsində 1 nəfər ölüb. Daha 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.