Azərbaycan jurnalistikasına uzanan qara əllər



 

Dövrü mətbuatda KİV-in dördüncü hakimiyyət olduğunu yaxşı bilirik. Bu səlahiyyətli orqanın failiyyəti ilə yanaşı uğurları da, danılmazdır. Amma, nəzərə alsaq  ki, gördüyü işlərin qaraqnlıq tərəfləri olduğunu desək, məncə yanılmarıq. Bəlkə bir az araşdırma aparaq:- Diqqət edək görək, dördüncü hakimiyyət dediyimiz orqan hansı işləri ilə özünü ictimaiyyətə təqdim edir? Görəsən, üzü  ağdırmı, qaradırmı ? Elə bu səbəbdən dolayı diqqət çəkən nüansları  sizlərə anlatmaq istərdim. İlk olaraq günümüzdə mətbuatın faliyyətinə nəzər salsaq, jurnalistlərin nələrə əmək sərf etdiyinin şahidi olarıq. Sözün əsl mənasında mətbuatın azad olduğu dövrdə yaşayırıq. Görəsən, jurnalistlərimiz söz azadlığını dürüst, qərəzssiz fikirləri ilə dəyərləndirə bilirmi?!... Mənim fikrimə gəldikdə isə deyərdim ki, ƏSLA...Çünki, bu gün teləviziya və mətbuatımız  kimlərinsə ciblərinə axacaq biznes məmbəyinə çevrilib. Əslində aramızda elə jurnalistlər var ki, üzərinə düşən məsuliyyəti unudaraq nəfsini maddiyyatdan asılı vəziyyətə salmışdır. Belə ki, mətbuatda yüzlərlə qazetlərin faliyyəti olmaqla yanaşı çoxlu sayda saytlarmız faliyyət göstərir ki, maddi maraq naminə sosial şəbəkələrdə yalan, qərəzli,  bəzən şişirdilmiş məlumatlar yayılar.  Belə olan təqdirdə düşünməyə əsas var ki, vətəndaş Azərbaycanda yayımlanan  bütün önəmli və dürüst xəbərlərdən məlumatsız olur. Vətəndaş dərc edilən xəbərlərin qərəzli olduğunu bildiyindən bilmir hansı qəzet və saytların  yaydığı məlumata inansın. Hətta, elə saytlar var ki, şoubiznes xəbərlərində üzdə olan tanınmışların şəxsiyyətinə əl uzatmaqla yanaşı hiss və duyğularına da söz atırlar. Belə olan təqdirdə bu kimi məsələlərə hansı anlamı vermək olar? Belə məlumatlar şəxsin şərəf və ləyaqətinin təhqir edilməsi demək deyilmi?!...(belə demək mümkünsə) Çox təəssüf edirəm ki, mediamızda yayılan xəbərlər intihardan başlayır, şou biznes xəbərləri ilə bitir.  Demək vətəndaşların mətbuatdan, telekanallardan necə və hansı xəbərləri mənimsəməsi məlum məsələdir. Sanki, mətbuat və televiziya şoubiznes əhlinə xidmət edir. Bəs bizim doğru-dürüst yazan, qərəzssiz mövqey nümayiş etdirən  jurnalistlərimizn gözləri hara baxır? Görəsən, Azərbaycan  jurnalistləri daşıdığı adın saflığını niyə qoruya bilmir? Baxın, bu və bunun kimi hallar  sizlərlə həmkar olduğumdan düşüncəmdə birmənalı şəkildə ikrah hissi yaradır. Elə bu baxımdan Azərbaycan jurnalistlərinə bir sual ünvanlamaq istərdim. Deyin görüm, sosial durumu ağır, bir loxma çörəyini əldə edən, bir qarnı ac, bir qarnı tox yatan kasıb insanların nəyinə lazımdır ki, kim, kiminlə evləndi, kim, kiminlə boşandı, ya da kim, kiminlə sevgilidir??? Niyə sizin qələminiz insanların sosial durumundan, qarşılaşdığımız  ağır  vəziyyətlərdən yazmır? Niyə vicdanınızı qabağınıza qoyub düşünmürsünüz? Niyə təhsilin, səhiyyənin və bir çox sahələrin düşdüyü ağır durumlardan ictimaiyyətə xəbərlər vermirsiniz? Nədən xalqımıza dəstək olmaq istəmirsiniz?  Niyə axı kürsüdən dördəlli yapışan məmurların törətdikləri əməlləri ictimaiyyətə çatdırmırsınız? Axı, ictimayi qınaq çox söz deyə bilər. Sizlər yazmasanız, məlumat verməsəniz Prezdent hardan bilsin ki, ölkəsində yüksək vəzifələrdə çalışan məmurlar millətin başına hansı oyunları açır. Bilirsimi, sizlər belə məsələlərdə diqqətli olmaqla yanaşı bir başa məsuliyyət daşıyırsınız. Axı bütün olanları  olduğu kimi yazmaq sizin vicdan borcunuzdur. Əl çəkin maddiyyat xatirinə  qatbaqat əyilməkdən!... Sizlər elə peşənin sahibisiniz ki, belə işdə pul önəmli rol oynamır. Niyə unudursunuz,  axı sizin vicdanla, qərəzssiz yazılmış fikirləriniz ictimaiyyət üçün daha dəyərlidir. Məgər, sizlər bunu bilmirsiniz? Əgər pula bu qədər marağınız vardısa, niyə bu peşəni seçirdiniz??? Görün, bu gün jurnalistika hansı qara günlərini yaşayır ki, jurnalist adı gələndə hammı ikrah hissi ilə yanaşırlar. Jurnalist adına yaraşarmı düşdüyünüz vəziyyət?!...

                Hamımız yaxşı bilirik ki, illərdir müharibə vəziyyətində yaşayırıq. Təəccüb doğuran hal budur ki, sözügedən o üzüqara jurnalistlər bu gün cəbhə bölgələrinə də ayaq açmışdır. Bəli, mətbuatda, təsadüfü jurnalist vəsiqəsini daşıyan elə şəxslər dolaşır ki, istədiyi zaman cəbhə bölgəsinə ezam olunur. Belə jurnalistlər əsgərləimizlə görüşür, şəkil çəkdirir və hətta həmin şəkilləri sosial şəbəkələrdə də paylaşırlar. Belə olan halda kim bilir, düşmənlərimiz hansı məlumatları əldə edərək hissələrimizə zərbə vurmağı düşünürlər. Bəzən cəbhədə jurnalistlərin ağıla gəlməz işləriylə də qarşılaşmaq mümkündür. Belə ki, nədənsə  cəbhə bölgələrinə ayaq açan  jurnalistlər əlindəki fotolarla əsgər ailələrinə yol tapmağa çalışır.  Belə düşüncənin arxasında nələr gizlənir? Təəccüblənməyə ehtiyac yoxdur. ... Məncə məqsəd və məram aydındır. Əlbəttə  əsgər valideynlərini sevindirmək, yaranmış vəziyyətdən şəxsi maraqları üçün istifadə etmək. Qeyd etmək yerinə düşərdi. Mediamızda acınacaqlı bir durum hökm sürür. Gəlin düşünək:- Nə dərəcədə doğrudur ki, balası şəhid olan, gözüyaşlı valideyndən müsahibə götürülsün?... Belə bir durum jurnalistikanın alçaldılması deyilmi?! Bəzən elə savadsız jurnalistlər mətbuatda və televiziyada meydan sulayır ki, təəccüblənməyə bilmirsən. Maraqlıdır ki,  belələrinin arasında dırnaqarası  jurnalist sözü verərək bəzən şəhid ailələrinin hiss və duyğuları ilə oynayırlar, hətta vədlər verərək əməl etmirlər. Eh...daha nə bilim nələr, nələr. Sizcə belə odlu-alovlu vədlərə inanan şəhid ailəsi özünü güvənli hiss etməzmi?! Sözssüz ki, faciəvi durumdur:- Deyilmi?!... Bu yaxınlarda qulağıma bir xəbər çatdı və mən əsəbləşməyə bilmədim. Demək, özünü jurnalist hesab edən Sevil adlı xanım(ad şərtidir) bilirdi  ki, tanınmış  qəzet redaktoru , qəzetində şəhidlər  haqqında silsilə məqalələr dərc edir. Sözügedən jurnalist xanım isə, etmə tənbəllik, qazetin adından və nüfuzundan istifadə edərək, şəhid ailələrindən birinin ünvanını əldə edib müəyyən fəndlərlə həmin ailəni tapır. Adıgedən jurnalist həmin ailə ilə danışıqlar apardıqdan sonra  onlar üçün edə biləcəyi işləri açıqlayır.  Qeyd edim ki, həmin ailənin bir çox problemi olduğundan jurnalist xanımın onlara köməyi dəyə biləcəyinə guman edirlər. Və bu münvanla onun bütün verdiyi sözə ümid bağlayırlar.  Məncə onun yalançı  vədləri sizlər üçündə maraqlı olar dəyərli oxucular! Yəni, əməl edə bilmədiyi vədlərindən birində  belə deyirmiş. “Sizin  şəhid balanızı Azərbaycan xalqına tanıdacam”. Sizcə bir şəhid ailəsi avazı yaxşı səslənən jurnalist sözünə sevinməzmi?! Balası şəhid olan valideyn üçün bundan artıq daha nə ola bilərdi ki?! Jurnalist xanım çox vədlər vermişdi. Lakin ortada heç bir əməli iş nəzərə çarpmırdı. İş elə gətirir ki, boş-boş  vədlər verib, sözündə durmayan o üzüqara jurnalist şəhid ailəsinə maddi və mənəvi ziyan vuraraq aradan çıxır. Demək, o murdar xislətini işə salaraq şəxsi  məqsədləri üçün yararlana bilir. Hətta, hətta yayın istisində istirahətini onların kəndində keçirməyi qərara alır. Sözügedən ailənin evindən pansionat kimi  istifadə edərək yaxşıca istirahət edir. Hansı ki, Sevil xanımın karına gələn qəzet zamanında həmin şəhid haqqında sillsilə məqalələr dərc edərək heç bir madiyyat güdməmişdir. Və yüzə yaxın qəzeti şəhid ailəsinə təmənnasız çatdırmışdır. Sizlər deyin:- Heç jurnalistə yaraşarmı ki, şəhidin adından istifadə edərək öz mənfəətini güdsün? Şəhidin Vətən üçün tökdüyü qan, görəsən, onun yatmış vicdanını oyatmadımı?! Belə bir sual yaranır. Niyə Müdafiə Nazirliyi belə jurnalistlərə inanaraq onların cəbhə bölgəsində xidmətinə zəmin yaradır. Sizcə belələrinə etibar etmək olarmı? Maraqlıdır... Axı kimlərdir mətbuatda   “Reyket” kimi tanınan jurnalistləri cəbhə bölgələrinə ayaq açması üçün münbit şərait yaradan?  Bütün bu işlərin arxasında kimlər dayanır? Məqalədə qeyd etdiyim hadisələr dırnaqarası jurnalistlərin mətbuatda olan  açıq-aşkar üzləri və faliyyətidir. Bəs televiziyada jurnalistlərin faliyyəti nədən ibarətdir? Telekanallarımızda nələr baş verir?...Hansı proqramlar nəyə və kimlərə xidmət edir?  Yəqin ki, cavablarınız çox sadə  olar dəyərli oxucular! Onu deyə bilərəm ki, insanlar o qədər bezib ki, teleproqramlarda nələr yayımlanır əksər insanlara  maraqlı deyil. İlk olaraq diqqətimiz xəbər alacağımız kanallara yönələsi olsa, bəzi aparıcıların  geyimləri açıq-saçıq olmaqla yanaşı kəmsavad olması diqqət çəkməyə bilməz. Sanki, proqramı aparan yoldan ötən təsadüfü insandır. Hammıya məlumdur ki, Azərbaycanda hər bölgənin öz ləhcəsi var. Bəs nə dərəcədə məqbul sayıla bilər ki, proqramlara dəvət edilən bəzi qonaqlar, hətta aparıcılar  fikrlərini  ictimaiyətə öz ləhcəsi ilə çatdırsın? Əlbəttə mən heç kimə dərs vermək fikrində deyləm. Sadəcə haqlı olub, olmadığımı sizlərə çatdırmağa çalışıram dəyərli oxucular! Bütün bunlar bir yana. Bu gün televiziyamız demək olar ki, biznes məmbəyidir. Hansı kanalın düyməsinə əlimiz toxunsa eyni sifətlərlə, eyni üzlərlə qarşılaşırıq. Artıq insanların gözü yorulub zövqsüz proqramlarda eyni simaları görməkdən. Bəzən, proqlamlara arxivini bildiyimiz, şəxsiyyətini  tanıdığımız  elə xanım və bəylər dəvət edilir ki, insanda ikrah hissi yaranır. Maraqlı məqam budur ki, belələri ictiaiyyətə əxlaq dərsi keçir. Zənnimcə bir məsələ ictimaiyyəti maraqlandırmaya bilməz. Görəsən, biz nə vaxt özümüz olacayıq???... Diqqətinizi yönəldirəm telekanallarda yayımlanan yerli seriallara. Əslində dövlətin vəsait ayırdığı  filmlərimiz var ki, bu gündə xalq tərəfindən sevilir. Bu gün bizim elə üzdə olan şirkətlər var ki, televiziya kanallarını zəbt edən mənəviyyatı aşılayan seriallar üçün küllü miqdarda maddiyyat sərf edir. Çünki həmin şirkətlərin istehsal etdiyi mallar həmin seriallarda reklam edilir.  Bizlərinsə düşüncəsində belə bir fikir formalaşıb. Reklam edilən mal kefiyyətli ola bilərmi?!... Elə bu baxımdan baxdığınız serialların kefiyyətdiz olması diqqət çəkməyə bilməz. Belə demək mümkünsə, hansının sujet xətti bizim mentalitetə uyğundur? Əksəriyyəti mənəvi baxımdan antitəbliğat xarakterli olduğundan cəmiyyətdə ailə və məişət problemləri baş alıb gedir və boşanmaların sayı-hesabı bilinmir. Sizcə bu və bunun kimi məsələlərin gündəmi zəbt etməsində telekanalar rol oynamırmı? Əslində baxdığımız serialların əksəriyyəti xarici filmlərdən götürülmüş epizodlardır. Sizdən soruşuram mənəviyyatı aşılayan bu baxımsız seriallardan Azərbaycan ailəsi hansı əxlaq və tərbiyəni mənimsəsin? Olmazmı ki, teatr və kino üçün dövlət fondundan ayırılan vəsaitlə qəhrəmanlarımızdan, onların döyüş yollarından bəhs edən yeni-yeni filmlər çəkilsin. Heç olmasa yeni yetişən gənc nəsil başa düşsün ki, düşmənimiz kimdir, torpaqlarımız niyə illərdir düşmən tapdağı altındadır. İnanıram ki, milli toxumu uşaqların, gənclərin qəlbinə bu yolla səpmək daha məqsədə uyğundur. Məgər Azərbaycanda yazıçı yoxdur??? Axı bizim əsrlərdən bu yana tarixi keçmişimiz var. Zamanında tariximizi əks etdirən çoxlu sayda tarixi filimlərimiz çəkilib. Gəlin yadımızdan çıxarmayaq ki, Azərbaycan oğulları bu gündə döyüş meydanlarında qəhrəmanlıq göstərir. Mən inana bilmərəm ki, bizim Milli Qəhrəmanlarımız haqqında heçnə yzılmasın. Unutmayaq ki, ədəbi mühitdə əli qələm tutan samballı yazarlarımız, şairlərimiz, dramaturqlarımız, kinoşunaslarımız ,ssenarislərimiz var. Niyə yararlanmayaq öz yazıçılarımızın ədəbi mühitə bəxşş etdikləri əsərlərdən? Əziz oxucular bütün bunları düşünəndə qəlbimdə sanki bir boşluq yaranır. Hərdən özümə sual da verirəm. Görəsən biz Azərbaycanlıyıqmı?!... Axı niyə unuduruq  televiziya Azərbaycanda hər evin qonağıdır. Düşünmədən deyərdim ki, hər ev yiyəsi gələn qonağın mənəviyyatca sağlam olmasını arzulayır. Belə olmazsa gələcəkdə hər bir evin güzgüsü ləkələnə bilər, fəsadı isə cəmiyyətdə acı nəticələrə gətirib çıxarar.

P.S. Çox istərdim ki, jurnalistlər öz qələmlərinə tənqidi yanaşmaqla yanaşı  bir-birinin də qələminə təhqirlə, qərəzlə yoxx, tənqidi yanaşsın. Bu gün qərəzssiz jurnalist üçün hara gözünü hərləsə vicdanla yanaşa biləcəyi mövzu var. Yetər ki DÜRÜST olsunlar.  Verə biləcəyi məlumata öz şəxsi prizmasından yanaşmasınlar. Zənnimcə aramızda barmaqla sayıla biləcək qədər dürüst və qərəzssiz jurnalistlər var. Belələri qaranı qara, ağı isə ağ görür və heç vaxt da vicdanlarını madiyyatla üz-üzə qoymazlar!... Gəlin elə edək ki, Azərbaycan jurnalistikasına uzanan o “qara əllərə” qələmimizi süngüyə çevirərək cavab verək!!! 

Təranə Şəms