150 minlik dələduzluq, 6 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manatdan çox pulu dələduzluq etməklə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovaya hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə A. Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Rəhimova Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min pul alıb.
Daha sonra İphone telefonu satmaq almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb.
O, həmçinin Surxay Məmmədov adlı şəxsdən qızıl əşyaları alıb satmaq adı ilə 55 min manat alıb.
Murad Əhməd