Trampın prezidentlikdən sonra ilk çıxışının vaxtı və yeri açıqlandı



 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident postundan getdikdən sonra ilk çıxışının vaxtı və yeri açıqlanıb.

“The Hill” qəzetinin məlumatına görə, eks-prezident mühafizəkarların Orlando şəhərində keçiriləcək illik siyasi konfransında çıxış etmək niyyətindədir.

Trampın Respublikaçılar Partiyası və mühafizəkarlar hərəkatının gələcəyi barədə danışacağı qeyd edilir.

Onun hazırkı prezident Co Baydenin miqrasiya siyasətini tənqid etməsi də gözlənilir.