ABŞ-da uçuş zamanı təyyarənin mühərriki yandı - FOTO/VİDEO
ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində bir neçə yerə təyyarə mühərrikinin hissələri düşüb. Yerə düşən hissələrdən ən böyüyü yaşayış evinin həyətində aşkar edilib.
“Fox News” telekanalının məlumatına görə, hissələr “Boeing 777” sərnişin təyyarəsinə məxsusdur. Belə ki, sosial şəbəkələrdə mühərriki alışıb yanan və üst örtüyü parçalanaraq ətrafa səpələnən təyyarənin görüntüləri yayılıb.
Qeyd olunur ki, göyərtəsində 241 sərnişi olan “United Airlines” şirkətinə məxsus hava gəmisi Denverdən Honoluluya uçuş edərkən qəzaya uğrayıb. Təyyarə uçuşundan qısa müddət sonra havaya qalxdığı aeroporta geri qayıdıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Plane drops debris in neighbourhoods while making emergency landing in Colorado https://t.co/wufiyfl4Sb pic.twitter.com/tKM0DdrVEN
— CBC World News (@CBCWorldNews) February 20, 2021