Suriyada bazarda partlayış: Ölənlər və yaralılar var



 

Suriyanın Deyr-əz-Zor bölgəsində yerləşən bazarda partlayış baş verib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Partlayış nəticəsində üç nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Yaralıların bəzilərinin vəziyyətinin kritik olduğu qeyd edilir.