Co Bayden: “Bir neçə günə ABŞ-da koronavirusdan ölənlərin sayı yarım milyona çatacaq”



 

Bir neçə gün ərzində amerikalılar arasında koronavirusdan ölənlərin sayı yarım milyonu keçəcək.

Lenta.ru-nun məlumatına görə, ABŞ Prezidenti Co Bayden belə bir proqnozla çıxış edib.

Amerika lideri bunun II Dünya müharibəsində ölən ABŞ vətəndaşlarının sayından 70 min çox olduğunu vurğulayıb.

“Bütün irəliləyişlərə baxmayaraq, pandemiya zəifləmədi. Yeni ştammlar meydana çıxır”, - deyə o, əlavə edib.