Ermənistan XİN rəhbəri istefa verəcək - İDDİA



 

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yaxın zamanda istefa verəcək.

Bu barədə “Mediapost” Telegram kanalı məlumat verib.

Məlumatda bildirilir ki, XİN rəhbəri artıq istefa ərizəsini yazıb. Hazırda onun yerini tutacaq şəxsin axtarışları gedir.

Yeni namizədin müəyyənləşdirilməsindən sonra Ayvazyanın istefası xəbəri rəsmi olaraq açıqlanacaq.