Britaniyada miqrantlar etiraza qalxdı - VİDEO



 

Böyük Britaniyada yüzlərlə miqrant Londonun Hitrou hava limanında etiraz aksiyası keçirib.

Vesti.ru xəbər verir ki, onlar Britaniya səlahiyyətlilərinin diqqətini çəkməyə çalışıblar və onların ölkədə təmin etdikləri yaşayış şərtlərindən narazı olduqlarını bildiriblər.

Xüsusilə nümayişçilər sığınacaq istəklərinin çox uzun - altı ay və ya daha çox müddətə nəzərdən keçirilməsindən şikayətləniblər.

Qərarı gözlədikləri hotellərdə isə onlara mikrodalğalı sobada yenidən isidilməli olan plastik qablarda “kifayət qədər sağlam olmayan qida” verilir.