Türkiyədə dəhşətli qəza: Beş nəfər öldü, qırxa yaxın insan yaralandı - FOTO



 

Türkiyənin Konya şəhərində dəhşətli qəza nəticəsində beş nəfər ölüb, 38 nəfər yaralanıb.

“Haber Global” məlumat verir ki, hadisəyə səbəb qarlı hava və yolun buz bağlaması olub.

Belə ki, Konyadan Karapınar istiqamətinə gedən yük maşını idarəetməni itirərək aşıb. Bu zaman arxadan gələn avtomobilin sürücüsü yük maşınının sürücüsünü qəzalı avtomobildən çıxarıb.

Həmin vaxt arxadan gələn avtobus buzlu yolda sürüşüb və yolda dayanan avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər və avtobusdakı üç nəfər həyatını itirib. Avtobusun 38 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə çox sayda polis və səhiyyə işçiləri cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.