Argentinanın keçmiş prezidenti vəfat edib



 

Argentinannın keçmiş prezidenti Karlos Menem vəfat edib.

“Todo Noticias” telekanalının yaydığı xəbərə əsasən, o, 91 yaşında dünyasını dəyişib.

Eks-prezident hələ ötən ilin dekabr ayında kəskin infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib və o zamandan etibarən həkim nəzarəti altında olub.

Qeyd edək ki, K.Menem 1989-1999-cu illər ərzində Argentina prezidenti olub.  2005-ci ildən etibarən isə keçmiş prezident ölkə parlamentində təmsil olunub.

Keçmiş dövlət başçısının ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan edilib.