G7 ölkələrinin görüşü keçiriləcək
Böyük yeddilik ölkələrinin pandemiya və vaksinasiya problemlərinə həsr olunmuş görüşü fevralın 19-da keçiriləcək.
“EADaily” portalının məlumatına görə, tədbir videokonfrans formatında təşkil olunacaq.
Allmaniya, İtaliya, Kanada, ABŞ, Yaponiya, Fransa və Britaniya rəsmiləri arasındakı görüş sonuncunun sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, bu 2020-ci ilin aprel ayından etibarən böyük yeddilik ölkələrinin ilk görüşü olacaq.