Hindistanda avtobusla yük maşını toqquşub: 13 ölü, 4 yaralı var - FOTO



 

Hindistanda ağır yol qəzası baş verib.

ANI informasiya agentliyinin məlumatına əsasən, Andxra-Pradeş ştatında sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində ən az 13 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə bazar günü sübh saatlarında baş verib. İlkin məlumatlara görə, hadisəyə səbəb avtobusun əks hərəkət istiqamətində yola çıxması olub. Qəza nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hindistanın NDTV kanalı isə ölənlərin sayının 14 nəfər olduğunu bildirib.