Bayden Trampın Senat tərəfindən bəraət almasına münasibət bildirdi



 

ABŞ Prezidenti Co Bayden eks-prezident Donald Trampın impiçment prosesindən senat tərəfindən bəratə almasına münasibət bildirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan Baydenin yazılı açıqlamasında qeyd olunub.

O, Senatın qərarının “şübhə” yaratmadığını bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin yuxarı palatası keçmiş dövlət başçısına impiçment vermək üçün lazımi səslərin üçdə ikisini (100 senatordan ən azı 67) toplaya bilməyib.