İtaliyada zəncirvari qəza nəticəsində 20-dən çox avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var - VİDEO



 

İtaliyada, Turin şəhəri yaxınlığında 20-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Corriere della Sera” nəşri xəbər verir ki, magistral yolun buz bağlaması nəticəsində baş verən qəzada bir nəfər ölüb, bir neçə nəfər şəxs xəsarət alıb.

Qeyd edək ki, artıq bir neçə gündür İtaliyanın mərkəzi hissəsində və ölkənin bəzi cənub bölgələrində güclü qar yağıb.