Dağıstanda polis iğtişaş törədən bir neçə şəxsi saxlayıb - VİDEO



 

Rusiyanın Dağıstan Respublikasının Tarki qəsəbəsində iğtişaş törətməyə cəhd göstərən bir neçə şəxs polislər tərəfindən saxlanılıb.

TASS agentliyi xəbər verir ki, məlumatı Dağıstan Respublikasının Daxili İşlər Naziriyinin Mətbuat Xidməti yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, bir qrup yerli sakin arasında qarşıdurma polis əməkdaşlarının cinayət işinin istintaqı üçün aparılan əməliyyat tədbirləri çərçivəsində əraziyə gəlməsindən sonra baş verib.