ABŞ-da senator Trampa qarşı impiçment dinləmələrinə taykeş ayaqqabılarda gəldi - FOTO



 

ABŞ senatoru Tina Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçment prosesinə fərqli ayaqqabılarda gəlib.

Senator bu barədə öz “Twitter” səhifəsində məlumat verib və biri boz, digəri qızıl rəngli ayaqqabılarının fotosunu paylaşıb.

“Düşünürəm ki, bu səhər başım çox qarışıq olub” - Senator paylaşdığı fotoya şərh olaraq yazıb.

Xatırladaq ki, ABŞ Senatı Donald Trampın impiçmenti ilə bağlı dinləmələri davam etdirib və səs çoxluğu ilə eks-prezidentə bəraət qazandırılıb.

Keçmiş prezident ölkədə qiyam qaldırmaqda günahlandırılırdı.