Lavrovla Con Kerri arasında telefon danışığı olub



 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ tərəfinin təşəbbüsü ilə Co Baydenin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri ilə telefon danışığı baş tutub.

Rusiyanın Xarici İşlər Nazirliyi məlumatına görə, tərəflər Paris İqlim Sazişini müzakirə ediblər.

S. Lavrov ABŞ-ın yeni rəhbərliyinin uzunmüddətli iqlim tənzimlənməsi üçün möhkəm beynəlxalq hüquqi zəmin yaradan razılaşmaya qayıtmaq niyyətini məmnuniyyətlə qarşıladığını bildirib.

Tərəflər bütün ölkələrin maraqları nəzərə alınmaqla, iqlim məsələlərində geniş beynəlxalq əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.