Türkiyədə son sutkda 93 nəfər COVID-19-dan vəfat etdi



 

Türkiyənin Səhiyyə Nazirliyinin son məlumatına əsasən, son 24 saat ərzində ölkədə 7 706 şəxsin COVID-19 testi müsbət çıxıb, 93 nəfər pandemiyanın qurbanı olub.

“Haber Global” məlumat verir ki, hazırda Türkiyədə koronavirusdan müalicə alan 1 235 şəxsin vəziyyəti ağırdır.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələrin sayı 7 215 nəfər olub.

Ümumilikdə isə Türkiyədə 2 468 419 nəfər koronavirusa qalib gəlib.

27 377 nəfər isə bu yoluxucu xəstəlikdən vəfat edib.

Bu günə qədər Türkiyədə 31 286 306 şəxs koronavirus testindən keçirilib.