Tramp Kapitoliyə hücum edən tərəfdarlarına müraciət etməkdən imtina edibmiş



 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kapitolinin ələ keçirildiyi gün respublikaçıların xahişlərinə məhəl qoymayaraq, tərəfdarlarını geri çağırmaqdan imtina edib.

Bu iddia ilə CNN telekanalı çıxış edib.  

Mənbənin verdiyi məlumata görə, 6 yanvar - Kapitolidəki iğtişaşlar günü Donald Trampla Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Makkarti arasında gərgin telefon danışığı olub.

Telefon danışığı zamanı K. Makkarti D.Trampdan xahiş edib ki, o, tərəfdarlarına çağırış etsin və onları Kapitoli binasını tərk etməyə səsləsin.  Lakin D.Tramp bunu etməkdən imtina edib.

Xatırladaq ki, ABŞ-da Donald Trampa qarşı “Qiyama təhrik” maddəsi üzrə ittiham irəli sürülüb.