Məşhur teleşou aparıcısının vəsiyəti məlum oldu



 

Amerikalı məşhur teleaparıcı Larri Kinqin vəsiyəti açıqlanıb.

“People” jurnalında bu barədə qeyd edilir.

Sənədin tərtib edilməsi 17 oktyabr 2019-cu il tarixinə - jurnalistin yeddinci arvadı Şon Sautvikdən boşanma iddiası qaldırmasından iki ay sonraya təsadüf edir.

Kinq iki milyon dollar dəyərində olan əmlakının uşaqları arasında bərabər bölünməsini arzulayıb.

Onun Endi və Çaya adlı uşaqları atalarının sağlığında öldükləri üçün, miras qalan üç oğlu arasında bölünəcək.

Xatırladaq ki, teleaparıcı 23 yanvar 2021-ci ildə 88 yaşında Los Ancelesdə xəstəxanada ölüb. Televiziya aparıcısı 1985-ci ildən 2010-cu ilə qədər yayımlanan “Larry King Live” şousu ilə tanınıb. O, 50 mindən çox siyasətçi, aktyor, idmançı və digər məşhurlarla görüşüb.