“Köhlən atlar” “ağ-qaralar”a qarşı: Premyer Liqada lider dəyişəcək?



 

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turunun oyunlarına ştart veriləcək. 

Oxu.Az xəbər verir ki, turun açılış matçı saat 16:00-da “Kapital Bank Arena”da baş tutacaq. “Sumqayıt” klubu doğma meydanda “Səbail”i sınağa çəkəcək. 

15-ci turun ən maraqla gözlənilən matçı sayılan “Qarabağ” - “Neftçi” arasında keçiriləcək qarşılaşma isə bu gün saat 18:30-da başlayacaq. 

Sabah isə turun daha iki oyunu keçiriləcək. “Qəbələ” doğma meydanda “Keşlə”, “Zirə” isə “Sabah”la qarşılaşacaq.