Lotoreyada 1,7 milyon avro uddu - FOTO



 

Rumıniya sakini  “Loto 6-49” lotoreyasında 1,7 milyon avro qazanıb.

“Rosbalt”ın məlumatına görə, bu barədə qumar oyununun təşkilatçısı olan Loteria Romana şirkəti xəbər yayıb.

Bildirilir ki, Buxarestin 60 yaşlı sakini bu lotereya satışa çıxarıldığı gündən - demək olar ki, 28 ildir oynayır. Bundan əvvəl o az məbləğdə uduşlar əldə edib.

“Oynayan qalib gələr”, - deyə şirkət qalibin sözlərindən sitat gətirib.