Minik avtomobili TIR-ı yedəyə qoşaraq hərəkətə gətirdi - VİDEO



 

Ukraynanın paytaxtı Kiyevdə lüks minik avtomobili yağan güclü qar nəticəsində yolda qalan TIR-ı yedəyə qoşaraq hərəkətə gətirib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisəni ətrafda olan piyadalar çəkərək ictimailəşdirib.

Qeyd edək ki, bir neçə gündür Ukraynanın paytaxtına yağan güclü qar bir çox yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.