Ronald Kuman: “Barselona”nın müdafiəçiyə ehtiyacı var



 

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman komandasının müdafiəçiyə ehtiyacı olduğunu bildirib.

Bu barədə sports.ru portalı məlumat yayıb. Məlumata görə, niderlandlı mütəxəssis zədələrin sayından gileylənib.

“Zənnimcə, bizə müdafiəni gücləndirmək lazım idi. Amma son nəticədə bu baş vermədi. Odur ki, nəyimiz varsa, onunla da davam edəcəyik”, - deyə Kuman bəyan edib.

O bildirib ki, Desta, Arauxo və Pikenin zədələnməsi səbəbindən komandada oyunçu çatışmır.

“Bizim müdafiədə gücümüz çatmır. Zədələr üzündən müdafiə qabiliyyətimiz aşağı düşüb”, - deyə baş məşqçi qeyd edib.