Paraşütçü kabin liftə çırpıldı – ANBAAN VİDEO



 

Türkiyənin Bingöl vilayətində dağ yamacından paraşütlə eniş edən şəxs kabin liftə çırpılıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, ətrafda olan şəxslərdən biri hadisəni anbaan telefonuna çəkərək ictimailəşdirib.

İnsident nəticəsində paraşütçünün xəsarət aldığı bildirilir.