Türkiyədə son 24 saat ərzində 97 nəfər koronavirusdan vəfat edib



 

Türkiyədə son 24 saat ərzində 97 nəfər koronavirusdan vəfat edib.

“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 129.630 COVID-19 testi həyata keçirilib və  7763 yeni yoluxma faktı aşkarlanıb.

Sağalanlara gəlincə, 8108 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb ki, bununla da, indiyədək virusdan sağalanların sayı 2.461.204 nəfərə yüksəlib.

Bütövlükdə, Türkiyə üzrə bugünədək 31.289.306 test həyata keçirilib ki, onların 2.572.190-ı pozitiv çıxıb. Ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı isə 27.284-ə çatıb.

Hazırda 1250 nəfər intensiv terapiya şəbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.