Ronaldu sosial şəbəkə izləyicilərinin sayı 500 milyonu ötən ilk şəxdir - FOTO



 

Ulduz futbolçu Kriştianu Ronaldunun sosial şəbəkə izləyicilərinin sayı rekord həddə çatıb. Hazırda onun toplam 500 milyon nəfərdən çox izləyicisi var.

Bu barədə “Bleacher Report” məlumat yayıb. Resursun “Twitter” səhifəsində müvafiq paylaşım edilib.

Portuqaliyalı ulduzun pərəstişkarları onu daha çox “Instagram” üzərindən izləməyə üstünlük verirlər. Belə ki, Kriştianonun şəbəkədəki rəsmi səhifəsinin 261 milyon abunəçisi var.

Bununla yanaşı, futbolçu “Facebook”da 148, “Twitter”də isə 91 milyon izləyiciyə sahibdir.

Qeyd edək ki, 36 yaşlı hücumçu sosial şəbəkə izləyicilərinin sayı yarım milyardı ötən ilk şəxsdir.