Çində “BBC World News” telekanalının yayımı dayandırılıb



 

Çinin televiziya və radio yayımı üzrə tənzimləyici qurumu ölkə ərazisində “BBC World News” telekanalının yayımının dayandırılması barədə qərar qəbul edib.

“Kommersant” nəşrinin məlumatına görə, telekanal xəbərlərin həqiqiliyi və dürüstlüyünə olan tələbləri pozaraq, Çinin milli maraqlarına zərbə vurmaqda, milli birliyə xələl gətirməkdə günahlandırılır.

Honkonq Televiziya və Radiosu da BBC-nin proqramlarının yayımını dayandırdığını bəyan edib.

Xatırladaq ki, bir müddət öncə Britaniyada Çin Dövlət Televiziyasının (CCTV) yayımı dayandırılıb.