“Marca”: Benzema “Kral klubu” ilə olan müqaviləsini yeniləmək niyyətində deyil



 

Madridin “Real” klubunun hücumçusu Kərim Benzema “Kral klubu” ilə müqaviləsini yeniləmək niyyətində deyil.

Bu barədə “Marca” agentliyi məlumat yayıb.

Mənbə iddia edir ki, K.Benzema 2022-ci ildə hansı fiziki formada olacağına və komandadakı mövqeyini itirib-itirməməsinə əsasən qərar verəcək.

33 yaşlı fransalı hücumçunun keçmiş klubu “Lion”a qayıtması da istisna deyil.