Qvardiola “Barca”ya qayıdır?



 

Xosep Qvardiola Münhen “Bavariya”sının klublararası dünya çempionatının finalında “Tiqres” üzərində qələbəsini (1:0) özünəməxsus tərzdə təbrik edib.

X.Qvardiolanın təbriki “Bavariya”nın “Twitter” səhifəsində dərc edilib.

“Biz fəxr edirik, mən fəxr edirəm, hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və texniki personala təbriklərimi çatdırıram. Lakin mən Hansa demək istəyirəm ki, siz ardıcıl altı titul qazanmış ikinci komandasınız! Sizə qədər daha bir komanda vardı – “Barselona”. Ola bilər ki, mən Messiyə və kluba zəng vurub yeddinci titul üçün oynaya biləcəymizi soruşum. Mənə deyin - harda və nə vaxt? Biz orada olacağıq!” - X.Qvardiola qeyd edib.