Cənubi Koreyada ev heyvanlarından koronavirus testi götürülməyə başlandı



 

Cənubi Koreyanın paytaxtı Seulda ev heyvanları - pişik və itlərə pulsuz koronavirus testi xidmətləri təqdim olunmağa başlanılıb.

Bu barədə “Haber Global” məlumat verib.

İlk test götürülən “Cocker Spaniel” cinsindən olan it burun axıntısı və yüksək hərarət səbəbindən test edilib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) virusun ev heyvanlarından insanlara keçmə riskinin az olduğunu, ancaq ev heyvanlarında olan COVID-19 testinin müsbət olduğu halda heyvanın 14 gün karantinə alınmalı olduğunu açıqlayıb.

Seul rəhbərliyi COVID-19 testi müsbət nəticə verən ev heyvanlarının ayrı bir ərazidə təcrid olunmasını, onlara yaşlı və uşaqlardan başqa ailə üzvləri tərəfindən qulluq edilməsini tövsiyə edir.

Xəbərdarlıqlara heyvana qulluq edən şəxsin maska ​​və əlcək geyinməsi, heyvanı qucaqlamaq və ya öpmək kimi birbaşa təmasdan çəkinməsi də daxildir.